Modern.az

Etirazçılar nazirin gözünü bağladı

Etirazçılar nazirin gözünü bağladı

Dünya

25 İyun 2019, 00:45

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.

Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər.

Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.

Qeyd edək ki, parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib.

Büstdə nazirin gözü qırmızı sarğı ilə bağlanıb. Qırmızı sarğı etiraz aksiyalarının simvoluna çevrilib. Belə ki, iyunun 20-də Tbilisidə etiraz aksiyasının dağıdılması nəticəsində iki etirazçı gözünü itirib.

G.Qaxrianın gipsdən olan büstünü ictimai fəallar hazırlayıb. Büst ilk dəfə bu ilin mayında parlamentin binası qarşısında qoyulub. Büstdə quraşdırılmış qırmızı düymə basılanda “Üzr istəyirəm” ifadəsi səslənir. Bu cür aksiyanın məqsədi 2018-ci ilin mayında Tbilisinin gecə klublarında polis reydlərinin ildönümünü xatırlatmaq olub.


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər