Modern.az

Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV

Əkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİV

25 İyun 2019, 08:31

İyunun 23-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən, CHP-nin namizədi Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə başqanı seçilib.

Seçkilərdən öncə Modern.az-a geniş müsahibə vermiş Əkrəm İmamoğlu başqan olaraq eksklüziv açıqlamasını da saytımıza verib.

Əkrəm İmamoğlu öncədən dediyi kimi, hər şeyin gözəl olacağına inandığını bildirib:

“Azərbaycanlı qardaşlarımıza hər zaman sevgi ilə yanaşdıq. Bundan sonra da belə olacaq. “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edirik. Buna heç bir şübhəniz olmasın”.

İstanbulun yeni bələdiyyə başçısı “başqan olaraq Azərbaycana səfər etməyi düşünürsünüzmü” sualını belə cavablandırıb:


“Çətin anları geridə qoymuşuq. İndi qarşıda duran məsələ öncədən planlaşdırdığımız işləri qaydasına salmaqdır. Təbii ki, Azərbaycana səfər etməklə bağlı planlarımız var. Zamanı gələndə siz də buna şahid olacaqsınız. Hər bir azərbaycanlıya sevgim və hörmətim sonsuzdur”.

İyunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkilərində ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının (CHP)  namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırıma qalib gələrək, İstanbul Böyükşəhər Bələdiyyə başqanı seçilib.

O İmamoğlu ki, martın 31-də keçirilmiş ilkin seçkilərdə də qələbə qazanmış, Ali Seçki Qurumundan mandatını almış, amma hakim partiyanın müdaxiləsindən sonra nəticələr ləğv edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir