Arxiv
1 İyul 2019, 10:52 | İQTİSADİYYAT
“Bank bir vətəndaşdan 7 faizlə əmanət götürüb, üzərinə 22 faiz qoymaqla digər vətəndaşa kredit kimi təklif edir”

Bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib.

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bununla da  milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb:


“Artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq. Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər”.

 

İqtisadçı, Fondun qərarından sonra yaranan suallarla bağlı vacib məqamlara aydınlıq gətirib:

“Əvvəlla, əmanət faizləri azalsa da hələ də kredit faizləri yüksək olaraq qalır. Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizi təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var.

İkincisi, fondun qərarına əsasən, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar.

Üçüncüsü, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizədən çox 15 faizdən az olan milli valyutada olan əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur.

Dördüncüsü, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Belə ki, müddət bitəndən sonra müqavilə əvvəlki şərtlərlə uzanırsa, o zaman o əmanət qorunmayan əmanətə çevrilir. Məsələn, ötən ay 14 faizlə milli valyutada əmanət yerləşdirən vətəndaşımız 2020-ci ilin iyun ayında müqaviləni yeniləyən zaman o dövrdəki qorunan əmanət faizlərini nəzərə almalıdır ki, vəsaiti sığortalansın. Əvvəlki banklar xüsusən də “Dəmirbank” müflis olan zaman müqavilə müddəti avtomatik uzadıldılan bir sıra sığortalanan əmanətlərin qorunmayan əmanətə çevrilməsi praktikası var.

Beşincisi, qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı 16 Oktyabr 2019, 00:34 Paşinyan Qarabağı geri qaytarmağa hazırdır - Generaldan şok açıqlama 16 Oktyabr 2019, 00:21 Suriyada 611 terrorçu məhv edilib 16 Oktyabr 2019, 00:04 Bakıda qadınlar arasında əlbəyaxa dava  15 Oktyabr 2019, 23:49 Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar 15 Oktyabr 2019, 23:30 Zəngəzurun Ermənistana verilməsi... 15 Oktyabr 2019, 23:16 Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26