Modern.az

Ötən ay Şəki Xan Sarayına gedən turistlərin SAYI

Ötən ay Şəki Xan Sarayına gedən turistlərin SAYI

Aktual

16 İyul 2019, 12:47

Şəki Xan Sarayını ziyarət edənlərlə bağlı statistika açıqlanıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayında Şəki Xan Sarayında 24021 ziyarətçi olub.

Rəsmi məlumata görə, onlardan 8800 - xarici ölkələrin vətəndaşları, 15 221 nəfəri isə Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, iyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır