Modern.az

İstanbula rekord sayda turist gəldi

İstanbula rekord sayda turist gəldi

17 İyul 2019, 00:26

Bu ilin ilk beş ayı ərzində İstanbulu ziyarət edən turistlərin sayı rekord həddə çatıb. Belə ki, qeyd edilən vaxt ərzində şəhərə 5 milyon 416 min 906 xarici vətəndaş gəlib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Modern.az  xəbər verir ki, bu barədə İstanbul Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhərə 199 müxtəlif ölkədən hava yolu ilə 5 milyon 400 min 283, dəniz yolları vasitəsilə isə 15 min 623 xarici vətəndaş gəlib.

Almaniya vətəndaşları 400 min nəfərlə şəhəri ziyarət edənlər arasında üstünlük təşkil edib. Bu siyahıda ən son yeri bir nəfərlə Tonqa Krallığı tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər