Modern.az

Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı

Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı

Aktual

17 İyul 2019, 13:24

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 4000 ədəd müxtəlif markalı siqaretin və 19 ədəd spirtli içkinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi “Vaz 21013”, “Vaz 21063” və Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd “Pirveli”, 2000 ədəd “King” markalı siqaret, hər biri 1 litr olmaqla 13 ədəd “Nemiroff” və 6 ədəd “Nemirovskaya” markalı spirtli içki aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı