Modern.az

İlham Əliyev: “Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək”

İlham Əliyev: “Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək”

Aktual

18 İyul 2019, 15:17

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib.

 

Bu barədə Modern.az Prezidentin Mətbuat xidmətinə istinadən bildirir. 

 

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”.

 

Dövlət başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək.

 

Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür