Modern.az

“Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul  

“Musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür” – Fəxri konsul  

19 İyul 2019, 13:37

"Azərbaycanı Almaniyada daha da yaxşı tanıtdırmaq üçün kamera orkestrinin yaradılması çox önəmlidir. Musiqi, mədəniyyət xalqlar arasında birgə yaşamağın ən yaxşı vasitələrindən biridir".

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.

Fəxri konsul bildirib ki, Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestrin tərkibində bir türk və Qazaxıstan əsilli peşəkarlar da var.

“Həmçinin, məşhur Azərbaycan bəstəkarlarının əsərləri də orkestrdə yer alacaq".

 

Otto Hauzerin sözlərinə görə, musiqi Almaniya və Azərbaycan arasında gözəl bir diplomatiya növüdür.

 

"Belə bir orkestrin formalaşması Almaniyada Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.

Azərbaycanın hərtərəfli dəstəyindən məmnun qaldığını bildirən Otto Hauzer təşəbbüsünün Heydər Əliyev Fondu tərəfindən də bəyənildiyini qeyd edib.

 

Fəxri konsulun fikrincə, Azərbaycan kamera orkestrinin məqsədi, gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyi ilə müstəqil konsertlər təşkil etməkdir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?