Modern.az

Qubad İbadoğludan müxalifətə ÇAĞIRIŞ

Qubad İbadoğludan müxalifətə ÇAĞIRIŞ

26 İyul 2019, 12:45

“Mətbuatda müxtəlif başlıqlarla eyni məzmunda yazılar dərc edənlərə xitabən bildirmək istərdim ki, Bakıda olduğum son 10 gündə keçirdiyim görüşlər ətrafında müəmmalar axtarmağa və əbəs yerə narahat olmağa dəyməz”.

 

Modern.az-ın xəbərinə görə, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında paylaşıb. O bunları qeyd edib:

 

“Keçirdiyim bütün görüşlər Azərbaycan dövlətinin maraqlarına, xalqın mənafeyinə və demokratik dəyərlərin inkişafına xidmət edir, bu görüşlərdə müzakirə mövzusu ölkə vətəndaşlarının ictimai-siyasi, sosial-iqtisadi həyatını əhatə edən, dəyişdirən və yaxşılaşdıran məsələlərdən ibarətdir”. 

Görüşlərin davam edəcəyini vurğulayan Q. İbadoğlu əlavə edib ki, hər kəs üçün açıq olacaq, bu görüşlər Azərbaycanda səmimi və hesabatlı siyasət üçün nümunələr yaradacaq:

 

“Gəlin açıq və səmimi olaq, ölkənin hazırkı durumunda siyasi debatlardan və ictimai dialoqlardan qaçmayaq. Sonra gec ola bilər, unutmayaq ki, sabah ölkənin maraqlarına zidd olan hər bir hadisənin məsuliyyəti yalnız iqtidarın deyil, müxalifətin də üzərinə düşür”.

 

Qeyd edək ki, Qubad İbadoğlu son günlər müxalifət liderləri ilə görüşlər keçirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu