Modern.az

Hərbi ekspert “MiQ-29”un qəzası haqda DANIŞDI: “Versiyalar çox deyil”

Hərbi ekspert “MiQ-29”un qəzası haqda DANIŞDI: “Versiyalar çox deyil”

Ölkə

28 İyul 2019, 09:20

“MiQ-29-un qəzası ilə bağlı Müdafiə Nazirliyinin komissiyasının tədqiqatı, hərbi prokurorluğun istintaqı başa çatmadan qəzanın səbəbləri barədə konkret fikir söyləmək doğru olmazdı. Hadisədə əlbəttə, ən təəsüfləndirici məqam, pilot p/l-nt Rəşad Atakişiyevin tapılmamasıdır. Əminəm, o, sonacan təyarəni xilas etməyə çalışıb və yəqin ki, katapult anını gecikdirib”.

Modern.az-ın məlumatına görə, bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması barədə sosial şəbəkələrdə yazılanlara münasibət bildirərkən qeyd edib.

Nazim Bayram sosial şəbəkələrdəki müzakirələrdə bəzi keçmiş hərbçilərin təyyarənin radio-elektron mübarizə (REM) vasitələri ilə sıradan çıxarıldığı barədə iddiaları təkzib edib və belə bir halın mümkün olmadığını vurğulayıb.


Qəza ilə bağlı versiyalara gəldikdə, hərbi ekspert başağıdakıları söyləyib:
 


“Versiyalar çox deyil - texniki nasazlıq, pilotun səhvi və daha az ehtimalla, pilotun səhətində ani yaranmış problem. Doğrudur, pilot təcrübəli olub, ancaq qəzaya uğramış hərbi təyyarələrin pilotlarının çoxu təcrübəli olub. Ona görə təcrübə qəzanı istisna etmir, bəzi hallarda (Kostya kimi-həlak olanda) özünə arxayınlıq hissi yaradır. Texniki nasazlıq da ola bilər, ancaq o zaman pilot dispetçerlə əlaqə saxlamağa macal tapardı. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, təyarə ilə radioəlaqə bir anda kəsildi və radarlardan itdi. Düşünürəm, pilot hansısa manevri edəndə nəsə başqa cür gedib. Bu təyarələrin katapultu dünyada ən etibarlı katapultlardan sayılır. Məncə, vaxtında katapult etsəydi, xilas ola bilərdi. Ancaq peşəkar şərəfi görünür onu təyarəni sonacan xilas etməyə çalışmağa sövq edib. Əlbəttə, bunlar versiyalardır”.


İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəndə Xəzər dənizinə düşdüyü ehtimal edilən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev hazırda itkin düşmüş sayılır.


Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı