Arxiv
31 İyul 2019, 14:15 | QARABAĞ
Müdafiə Nazirliyi: Düşmən kəşfiyyatçıları hər cür vasitələrə əl atırlar

"Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirir".

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, həmin hərbi hissələrin şəxsi heyətində yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, öz postunda ayıq-sayıq xidmət aparmaq, qorxmazlıq, düşmənə nifrət, öz silahına, komandirlərinə inam kimi döyüşçü keyfiyyətlərinin tərbiyə olunmasını tələb edir:

 

"Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır".

 

Qeyd olunub ki, düşmən kəşfiyyatçıları Azərbaycan Ordusunun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar:

 

"Daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir. İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkəyə pirotexniki vasitələr keçirmək istədi - Qarşısı alındı 23 Oktyabr 2019, 11:52 Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb” 23 Oktyabr 2019, 11:45 Zərif Bakıdan dünyaya SƏSLƏNDİ: “ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur edin" 23 Oktyabr 2019, 11:26 Nazirlik 5 gənci Türkiyəyə göndərir 23 Oktyabr 2019, 11:22 Polis “ağ ölüm” yayan narkotaciri saxladı – 5 kiloqram heroinlə - FOTOLAR 23 Oktyabr 2019, 11:17 Bu il 1418 nəfər  peşə hazırlığına cəlb edilib 23 Oktyabr 2019, 11:11 Əflatun Amaşov ATƏT nümayəndəsinə etiraz etdi: “Qərəzlidir” 23 Oktyabr 2019, 11:11 “Azərbaycanda 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlar var” 23 Oktyabr 2019, 11:00 Ötən gün yol qəzalarında 4 nəfər ölüb 23 Oktyabr 2019, 10:55 Polis istəyir ki... 23 Oktyabr 2019, 10:50 Dövlət qulluqçusu olmaq istəyən 1850 nəfər imtahan verəcək 23 Oktyabr 2019, 10:43 Kapital Bank UNEC-də “Karyera Günü” keçirib 23 Oktyabr 2019, 10:35 Azərbaycanlı tələbə AŞPA-da 23 Oktyabr 2019, 10:33 Kənd Təsərrüfatı Nazirliyi işçi AXTARIR - 151 vakant yer 23 Oktyabr 2019, 10:31 Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir” 23 Oktyabr 2019, 10:29 Baş Nazirdən yeni TƏYİNATLAR 23 Oktyabr 2019, 10:21 Şamaxıda qaz KƏSİLƏCƏK - SƏBƏB 23 Oktyabr 2019, 10:15 Nazirlər Kabinetində İSTEFALAR 23 Oktyabr 2019, 10:11 Gəncədə velosiped yürüşü keçiriləcək    23 Oktyabr 2019, 10:01 Akif Əlizadənin bu gün istefa verəcəyi TƏSDİQLƏNDİ - Vitse-prezidentdən AÇIQLAMA 23 Oktyabr 2019, 09:55 Köhnə maşın bazarının yaxınlığında QƏZA: 3 yaralı 23 Oktyabr 2019, 09:36 Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq doğdu -  MDB-də bir İLKVİDEO 23 Oktyabr 2019, 09:28 Məmurlar bu şəhid anasını qapılarda qoyublar: “Daha yorulmuşam” 23 Oktyabr 2019, 09:21 Fəzail Ağamalı Milli Şuranı ittiham etdi, Sərdar Cəlaloğlu isə… 23 Oktyabr 2019, 09:16 Yaddan çıxmış sənətkarlar - İşә gedәrkәn yolda ürәyi dayanan Əməkdar artist - FOTOLAR 23 Oktyabr 2019, 08:53 Baş redaktorun tələbə qızı: “Ən böyük arzum ata-baba yurdumuzu görməkdir” - MÜSAHİBƏ 23 Oktyabr 2019, 08:37 Pənah Hüseyn onu lağa qoyanlara CAVAB VERDİ 23 Oktyabr 2019, 08:27 Azərbaycanda salınan yeni yollar - Biri Ağsu aşırımından keçəcək 23 Oktyabr 2019, 08:21 Bu gün Çempionlar Liqasında 3-cü tura yekun vurulacaq - TƏQVİM 23 Oktyabr 2019, 08:13 Çempionlar Liqasında 8 oyun keçirildi - NƏTİCƏLƏR 23 Oktyabr 2019, 08:10 Manat günə bu məzənnə ilə başladı 23 Oktyabr 2019, 08:05 “Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27