Modern.az

Yanacaqdoldurma məntəqələrinin FIRILDAQLARI – Sürücülər narazılıq edir

Yanacaqdoldurma məntəqələrinin FIRILDAQLARI – Sürücülər narazılıq edir

1 Avqust 2019, 11:35

Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı hallara kifayət qədər çox rast gəlinir. Sürücülər benzinin istər keyfiyyətində, istərsə də kəmiyyətində problemlərin olmasından şikayətçidir. Belə ki, benzinin tərkibindəki oktanın faizi aşağı salındığı üçün benzin daha tez sərf olunur. Məsələnin başqa bir tərəfi isə ödənilən məbləğ müqabilində maşına az yanacağın vurulması, 1-2 litr yanacağın əksik çıxmasıdır.

 

Məsələ ilə bağlı Modern.az “Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynova müraciət edib.  Birlik sədri sürücülərin yanacaqdoldurma məntəqələrində üzləşdiyi problemləri təsdiqləyib.

“Sənayə və Energetika Nazirliyinin avtomobillərin yanacaq və maye qaz doldurulma məntəqələrinin texniki istismar qaydaları barədə təsdiq olunub. Bizim məqsədimiz odur ki, bütün yanacaqdoldurma məntəqələri düzgün fəaliyyət göstərsin.İstehlakçıların yanacaqdoldurma çənindəki benzinin keyfiyyəti barədə məlumat almaq imkanları təmin olunsun. Yanacaqdoldurma məntəqələrinin bəzilərində müştəriləri aldadırlar.Bununla bağlı bizə çoxsaylı şikayətlər daxil olur. Deyirlər ki, benzin həm keyfiyyətsiz, həmdə elə olur ki, maşının bakına sifariş etdiyimiz litr tam şəkildə vurulmayıb. Ona görə bu şikayətlərə baxaraq, biz yanacaqdoldurma məntəqələrində reydlərə başlamışıq”.

 

Eyyub Hüseynov benzin çəninə su qatılması ilə bağlı iddiaları qəbul etməyib. Onun fikrincə, benzin çəninə su qatılsa, avtomobil dərhal nasaz olacaq.

“Benzinin içinə su qatılsa da, o benzinə qarışmaz. Qatılmış olubsa da çənə qatılar, nəticədə o da çənin dibinə çökər. Çən vaxtında təmizlənmirsə dibində qalan su ayrı-ayrılıqda qalmaq şərti  ilə avtomobilə daxil ola bilər.Bu halda da avtomobil  dərhal sönər, yəni bir yerdə benzinlə su işləyə bilməz. Bu mümkün deyil. Hazırda “Azad İstehlakçılar Birliyi” bu sahəni tədqiq edir. Bütün yanacaqdoldurma məntəqələrində reydlər keçiririk.

 

Jalə MEHDİ

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir