Modern.az

Bakıda küləyin sındırdığı ağac qadının üstünə düşdü - Bədbəxt HADİSƏ

Bakıda küləyin sındırdığı ağac qadının üstünə düşdü - Bədbəxt HADİSƏ

Hadisə

5 Avqust 2019, 15:14

Bakıda müşahidə edilən güclü külək daha bir nəfəri xəstəxanalıq edib. Belə ki, Paytaxtın Səbail rayonunda Filarmoniyanın yaxınlığında ağacın budağı qırılaraq, 20 yaşlı qadının üstünə düşüb.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, çağırış saat 12:05-də olub:

“Həmin şəxs Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər”.

Qeyd edək ki, analoji hal Sumqayıtda da yaşanıb. Güclü külək nəticəsində qırılan ağac budaqları 10 yaşlı qızın üstünə aşıb, o da xəstəxanaya yerləşdirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar