Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

5 Avqust 2019, 23:31

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Modern.az  xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir