Arxiv
6 Avqust 2019, 17:25 | ÖLKƏ
Azərbaycanda daha bir 17 yaşlı qızın İNTİHARI - Babası Modern.az-a fəryad etdi: “Ürəyim parçalanır!”

Avqustun 5-dən 6-na keçən gecə Azərbaycanda daha bir yeniyetmə qız intihar edib. Hadisə Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydə alınıb. - 17 yaşlı qızın erkən nikaha məcbur edilməsi səbəbindən canına qıydığı iddia olunur.


Cəlilabad rayonu İcra Hakimiyyətinin Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinalı Kazımov
Modern.az-a intihar faktını təsdiqləsə də, səbəb barədə iddianı təkzib edib.


Ş. Kazımov bildirib ki, hazırda Aysun Maqsud qızı Hacıyevanın intiharı ilə bağlı araşdırma aparılır:

“Aysunun anası və atası illər əvvəl boşanıb. Anası ayrıldıqdan sonra başqa bir rayona ərə gedib. Atası da başqa bir qadınla evlənib. İşləyib pul qazanmaq üçün Rusiyaya gedib. Aysun 3-4 yaşından nənə-babasının himayəsində böyüyüb. Özündən başqa bir bacısı, bir qardaşı var. Bacısı da nənəsigillə qalır, 16 yaşı var. Qardaşı isə atasındadır”.

 

İcra nümayəndəsi qızın erkən yaşda ərə verilməsi səbəbindən intihar etməsinin doğru olmadığını vurğulayıb:

“Bu, doğru məlumat deyil. Nə qızın psixi durumunda problem vardı, nə də kiməsə ərə verilirdi. Çünki kənddə belə söz-söhbət olmayıb. Ailə normal, tərbiyəli ailədir. Onun intihar etmə səbəbi istintaq araşdırmasından sonra bəlli olacaq. Hələlik bu barədə dəqiq informasiya yoxdur. Ölümü müəmmalıdır, kəndlilərin bildirdiyinə görə, kimsə ona təzyiq etməyib”.


Kənd rəsmisi qeyd edib ki, Aysunun atası artıq Azərbaycana qayıdır, yoldadır: “Anası isə artıq Əliqasımlı kəndindədir. Hər halda istintaq araşdıracaq”. 


İntihar edən Aysunun babası İlyas Hacıyev nəvəsinin özünəqəsdi ilə bağlı Modern.az
-a ürək yanğısı ilə danışıb. O, nəvəsinin erkən nikaha məcbur edilməsi faktını isə qətiyyətlə inkar edib:

“Ümumiyyətlə, Aysuna elçi gəlməsi, onun kiməsə ərə verilməsi söhbəti belə olmayıb. Mənim 70-ə yaxın yaşım var, özüm ziyalı ailədənəm. Mənim atam “Lenin” ordeninə layiq görülmüş adamdır. Mən 1 Aysunumu 10 oğula dəyişməzdim. O, elə bir tərbiyənin, əxlaqın sahibi idi ki... İnana bilmirik bu intihara”.


Babanın sözlərinə görə, anası uşaqları atıb gedəndən sonra Aysun çox xiffət edirmiş:

“Ana 3 uşağı atıb getdi ərə, sonra iki uşağı da oldu. Neçə illərdir arayıb-axtarmırdı. Uşaqların üçünü də mən saxlamışam. Oğlum da evlənəndən sonra 16 yaşlı qızla 13 yaşlı oğlan nəvələrim analıqlarıın yanında qalır. Aysunun bacısı ruhi xəstədir. Onların ayrı evi var. Aysun, mən, nənəsi bir yerdə yaşayırdıq. 18 yaşına təzəcə qədəm qoymuşdu Aysunum. Gözəllər gözəli idi, uzun saçları vardı. Ürəyim parçalanır. 24 nəvəm var, biri azaldı. Mən nəvələrimdən ötrü başımdan keçərəm. Aysunum özünə necə qıydı, anlamıram. Elə fərəhlənirdim Aysunumla. Arzum onun toyunu görüb ölmək idi, amma olmadı”.


Babanın sözlərinə görə, Aysun “Space” telekanalında xəbərlər buraxılışını izlədikdən sonra bu addımı atıb:

“Bacısı bizdə idi. Aysun bacısına deyib ki, telekanal sabah toyu olacaq 17 yaşlı qızın özünü asdığı barədə xəbər verib. Elə bundan sonra da gedib özünü asıb. Belə xəbərlər yayıldıqca, gənclərimizin beyini pozulur”.

 

İ.Hacıyev bildirib ki, oğlu Rusiyaya yenicə gedibmiş:

“Çoxdandır Qaradağda fəhlə işləyirdi. Dedilər Krımda iş yeri açılıb. 1 həftə idi getmişdi, balasının ölümünü eşidib, indi Azərbaycana gəlir. Aysunun öz anası da dünən yasa gəlmişdi. Gəldi hay-küy saldı getdi. Olan balama oldu, gözəl Aysunuma oldu. Dünən torpağa tapşırdıq. Bizi saxlayan Aysun idi. Bizim qayğımıza qalırdı, dərmanımızı verirdi, təzyiqimizi ölçürdü. Yəqin biz də onsuz çox qalmarıq”.


Qeyd edək ki, xəbəri ilk olaraq "Report" yayıb.

Xatırladaq ki, bir neçə gün öncə Zaqatala rayonunda da oxşar hadisə baş verib. Orada 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun nişanlı olduğu və intiharına səbəb kimi məcburi ərə verilməsi iddia olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06