Arxiv
8 Avqust 2019, 12:49 | İQTİSADİYYAT
Neft ucuzlaşır, bu, Azərbaycana pis təsir edəcək - İqtisadçı ŞƏRH ETDİ

Brent neftinin qiyməti 57 dollardan da aşağı düşüb. Belə ki, mediada yayılan məlumatlara görə, Bakı vaxtı ilə dünən saat 18:05-də Brent nefti 56,79 dollardan satılıb (bu gün 57,93 dollara satılıb). “Qara qızıl” son seansda  3,7% ucuzlaşıb. 

Qeyd edək ki, təkcə avqust ayında Brent markalı neft 13% ucuzlaşıb. İyulun sonunda isə bu neft markası 65 dollardan baha satılırdı. 


Modern.az
xəbər verir ki, neftin qiymətinin birdən-birə bu qədər ucuzlaşması müzakirələrə səbəb olub.


Bu barədə fikirlərini bölüşən, iqtisadçı, ekspert Natiq Cəfərli qiymət enməsinin Azərbaycana təsirlərinə də toxunub:


“Keçən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi qızışdı, ABŞ uçaqları İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi, nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı - bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi.

Hətta ABŞ və Avropa birjaları bağlı olduğu üçün ancaq Asiya birjaları buna reaksiya verdi, neft 2 dollar bahalaşdı. Amma şənbə-bazar Donald Tramp devrəyə girdi, Çinə 10% əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı tvit atdı, sonra da Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsünlər. Bu zaman ABŞ prezidenti açıq şəkildə Çini valyuta manipulyasiyasında suçladı, Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi, ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı”. 


Neftin qiymətinə növbəti təsirin ABŞ prezidenti Donald Trampın şənbə-bazar tvitləri olduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ticarət, valyuta müharibələrinin qızışması da neft bazarında panika yaratdı, qiymətlər 7% düşdü, amma bu gün yenidən 2%-dən çox qalxır:



“Amerika prezidenti artıq seçki kampaniyasına başlayıb, ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir - amerikalılar xarici siyasətə qarışmırlar. Keçmiş prezident Barak Obama 1 qallon benzini 2 dollara salıb getmişdi, Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı, indi isə onun əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır - bunun üçün Şimali Amerika sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır, əgər 1 ay belə qalsa benzinin qallonu 3 dollardan aşağı düşəcək. 
Qısası, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq”. 


Bu prosesin Azərbaycan üçün nəticələrinə gəlincə, N. Cəfərli hesab edir ki, ölkəmiz üçün təhlükəli qiymət həddi 55 dollardan aşağıdır:


“Yəni, qiymət düşsə və uzun zaman qalsa, bizə qalıcı təsirləri artacaq. Bu zaman Azərbaycan hökuməti çətin vəziyyətə düşəcək. Çünki, 2018-19-cu illərdə sabitləşən və cüzi artan iqtisadiyyatın yeganə səbəbi 65 dollardan yuxarı qalxan orta neft qiymətləri idi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57 Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək 19 Oktyabr 2019, 12:53 Bakının “28 may”, "Cəfər Cabbarlı" və “Xətai” stansiyaları müvəqqəti bağlandı  - Mitinqə görə 19 Oktyabr 2019, 12:44 Respublikaçı senator: Məgər ABŞ o qədər zəifdir ki, Türkiyə bizi vadar edir? 19 Oktyabr 2019, 12:29 Goranboyda istehsal olunan məhsullar xaricə satılacaq 19 Oktyabr 2019, 12:19 Sağlamliq problemi olan 50 uşaq reabilitasiya mərkəzinə köçürüldü 19 Oktyabr 2019, 12:12 Pakistan ordusunun Baş Qərargah rəisi Qarabağ mesajı verdi 19 Oktyabr 2019, 12:00 Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü 19 Oktyabr 2019, 11:46 Bakının mərkəzində başına boru düşən fəhlə öldü 19 Oktyabr 2019, 11:31 “Ded Xasan”ın qətlinin üstü açılır 19 Oktyabr 2019, 11:25 “Həmsədrlər deyir ki, Azərbaycan torpaqlarının işğalı ilə barışsın, ermənilərə güllə atmasın” - İTTİHAM 19 Oktyabr 2019, 11:06 Axtarışda olan şəxslər Azərbaycan sərhədini pozarkən saxlanıldı 19 Oktyabr 2019, 10:57 Nazirlik gələn il 130 min vətəndaşı sevindirəcək 19 Oktyabr 2019, 10:42 Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub 19 Oktyabr 2019, 10:36 BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək 19 Oktyabr 2019, 10:26 Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi 19 Oktyabr 2019, 10:20 Azərbaycanda enerji içkilərinin satışı ilə bağlı sərt QƏRAR 19 Oktyabr 2019, 10:12 Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı? – DETALLAR 19 Oktyabr 2019, 10:10 Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb 19 Oktyabr 2019, 09:55 Cəbhədə pulemyotlar və snayperlər işə düşdü 19 Oktyabr 2019, 09:40 “Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü” - Xalq artisininin oğlu 19 Oktyabr 2019, 09:25 Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 19 Oktyabr 2019, 09:24 İstirahət günləri Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq 19 Oktyabr 2019, 09:12 Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb 19 Oktyabr 2019, 09:07 Rusiyada damba uçub: 11 ölü, 13 itkin düşən var 19 Oktyabr 2019, 08:59 Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17