Modern.az

Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı

Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi açıqlandı

İqtisadiyyat

1 İyul 2026, 18:55

Ağdam Sənaye Parkına yatırılan investisiyaların həcmi 171,68 milyon manata çatıb.

Modern.az İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib.

Məlumata əsasən, bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.

Agentliyin idarəçiliyində olan parkda 1 000-dən çox daimi iş yeri yaradılıb. Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi