Modern.az

Cəlilabadda toyda kütləvi dava

Cəlilabadda toyda kütləvi dava

11 Avqust 2019, 00:47

Cəlilabad rayonunda toyda kütləvi dava baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki,  hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində bir nəfər başından, daha bir nəfər isə əl nahiyəsindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır