Modern.az

Deputat Zaqatalada seçiciləri dinlədi - FOTOLAR

Deputat Zaqatalada seçiciləri dinlədi - FOTOLAR

13 Avqust 2019, 22:30

Yeni Azərbaycan Partiyası  (YAP) Zaqatala rayon təşkilatında YAP-ın fəalları ilə millət vəkili Kamilə Əliyevanın görüşü  keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Zaqatala rayon millət vəkili Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və 150-ə yaxın fəal gənc iştirak edib.


YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxışında ölkəmizdə həyata keçirilən sosial çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərdə xeyli irəliləyişlərin olduğunu diqqətə çatdırıb.


Millət vəkili Kamilə Əliyeva öz çıxışında bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib.

O, Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətində ölkəmizin uğurlar qazandığını və vətəndaşların rifahının daima Prezidentin diqqətində olduğunu gənclərə bildirib.

Gənclər də dövlət qayğısının daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
Sonra fəal gənclər çıxış edərək ölkəmizdə olan gənclər siyasətinin uğurla həyata keçirildiyini bildiriblər.
Sonda YAP  Zaqatala Rayon təşkilatının fəaları ilə xatirə şəkli çəkilib.


Millət vəkili Kamilə Əliyeva həmçinin Zaqatala Rayonunun Mazıx kəndində kənd sakinləri ilə görüşüb və onların problemlərini dinləyib.


Deputat eləcə də Zaqatala rayonunda yerləşən deputat ofisində seçicilərini qəbul edib.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir