Arxiv
13 Avqust 2019, 23:22 | AKTUAL
"Futbolçularım meydanda ürəklərini ortaya qoydular" - APOEL-in baş məşqçisi

“Çox çətin oyun oldu. “Qarabağ”dan belə çıxış gözləyirdim”. 

Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu APOEL-in baş məşqçisi Tomas Doll deyib.

Almaniyalı mütəxəssis bildirib ki, komandasının oyunundan razı qalıb: "Rəqibin necə oynaması ikinci dərəcəlidir. "Qarabağ"ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapımızda qol görməmək böyük klub üçün əla nəticədir”.

Onun sözlərinə görə, qələbələrində penaltidən vurulan qol həlledici rol oynamayıb: "Kiprdəki matçdan fərqli oynadıq. Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olanı komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular".

O bildirib ki, cəsur, ürəklə oynamaları mərhələ adlamalarında mühüm amil olub: "Çox qaçmağımız çox vacib idi. İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qələbəyə layiq idik".

T. Doll əvəzlədiyi baş məşqçinin də qələbədə əməyinin olduğunu qeyd edib: "Şübhəsiz ki, Paolo Trametsaninin də əməyi var. Mən cəmi 4-5 gündür burdayam. Həmin vaxt köməkçi işləmiş məşqçi də hazırda bizimlədir. O, keçən il komanda ilə çempion olmuşdu. Qələbə üçün mən xüsusi bir şey etmədim. Bunu futbolçularla da demişdim. Bunun üçün heç vaxtım da yox idi. Çox xoşbəxtəm. Sabiq baş məşqçimizə təşəkkürümü bildirirəm. Matça hərtərəfli hazırlamışdıq. 1:0-a kimi 4-3-3-lə çıxış etdik. Ancaq ikinci hissədə müdafiədən çıxmaqda çətinlik çəkdik, rəqibin təzyiqi ilə üzləşdik. Həmin ərəfədə hücumçunu geri çəkdik. Sonradan ikinci qolu vurmaq üçün yenidən 4-3-3-ə qayıtdıq. Çətin olsa da, istədiyimiz nəticəni qazana bildik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM 15 Oktyabr 2019, 10:03 “Xaqibis” 61 can aldı 15 Oktyabr 2019, 09:56 Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub 15 Oktyabr 2019, 09:55 DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq 15 Oktyabr 2019, 09:50 Türkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə Görüşü 15 Oktyabr 2019, 09:40 Ermənilər cəbhədə pulemyotları işə saldılar 15 Oktyabr 2019, 09:25 Rəsmi Bakı “Kuhner Fondu”nun üzvlərinin adını “qara siyahı”dan çıxardı 15 Oktyabr 2019, 09:21 Türk ordusu Suriyada 595 terrorçu zərərsizləşdirib 15 Oktyabr 2019, 09:12 Futbol oynamağa gedən məktəbli itkin düşdü 15 Oktyabr 2019, 09:02 Məşhurların son günü - Rüfət Mehdiyevn qızı: “Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik” - FOTOLAR 15 Oktyabr 2019, 08:58 Xalq artistinin sadə həyat tərzi keçirən yeganə övladı: “Qazancım maşın sürməyə imkan vermir” - MÜSAHİBƏ 15 Oktyabr 2019, 08:07 Bakıda bir nəfər intihar etmək istədi 15 Oktyabr 2019, 07:59 Türkiyə dünya çempionundan xal aldı - VİDEONƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Keçmiş məhkumlar narkotiklə yaxalandılar 14 Oktyabr 2019, 19:57 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04