Arxiv
14 Avqust 2019, 15:31 | AKTUAL
ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib

Avqustun 9-da Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

 

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, CSL Turkish proqramının ADU üzrə direktoru, dosent Jalə Qəribova proqram iştirakçılarını və qonaqları salamlayıb. O, proqramın başa çatmasına görə çox kədərləndiyini bildirib: “8 həftə davam edən mənalı, rəngarəng və həyəcanlı həftələri geridə qoyduq. Proqram müddətində Bakıdakı həyat haqqında çox maraqlı şeylər öyrəndiniz və zəngin təcrübə qazandınız. Proqram çərçivəsində siz Azərbaycanda ailə münasibətlərini və insanların bir-birilərini necə dəyərləndirdiklərini öyrəndiniz”.

Prorektor çıxışının sonunda çalışqan və motivasiyalı olduqlarına görə amerikalı tələbələrə, eyni zamanda onların müəllimlərə, dil partnyorlarına, rezident direktora, ailələrə və proqram təşkilatçılarına təşəkkür edib.

 

Amerika Şurasının nümayəndəsi Elgün Məmmədov proqramın uğurla başa çatdığını söyləyib, bu proqrama qatılan hər bir kəsi təbrik edib və onlara uğurlar arzulayıb. O, eyni zamanda universitet rəhbərliyinə təşəkkür ünvanlayıb.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor Rebecca Barr 6 il öncə Ankarada bu proqramın iştirakçısı olduğunu qeyd edib: “Proqramın başa çatdığına inana bilmirəm.  Azərbaycanda  ilk dəfədir oluram. Gəlməzdən öncə Bakının bu qədər gözəl olacağını düşünmürdüm. Burada özümü həm rahat, həm xoşbəxt hiss edirəm”.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

 

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx təqdim edilib.

Daha sonra türk dilini öyrənən amerikalı tələbələr türk dilində şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər.

 

Sonda tələbələrə hədiyyələr verilib.

Qeyd edək ki, proqram çərçivəsində amerikalı tələbələr türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazanıblar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. İyunun 15-də başlayan “CLS Turkish” proqramı çərçivəsində amerikalı tələbələr 8 həftə ərzində türk dilini öyrənib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59 Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü 17 Avqust 2019, 16:42 Bakı Metropoliteni mülki işçi axtarır 17 Avqust 2019, 16:40