Modern.az

Ermənilərin hücumuna məruz qalan diaspor fəalı Azərbaycana qayıdır

Ermənilərin hücumuna məruz qalan diaspor fəalı Azərbaycana qayıdır

14 Avqust 2019, 17:43

Rusiyanın Pytiqorsk  şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda azərbaycanlı gənc Sabir Rüstəmov ermənilərin, xüsusilə, erməni diplomat qadınların hücumuna məruz qalıb. Erməni qadınlar azərbaycanlı gəncin əynində Azərbaycan yazılmış köynəyə əl atıb, onu cırıblar.

 

Modern.az saytı Sabir Rüstəmovla  əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib.

Sabir Rüstəmov saytımıza açıqlamasında deyib ki, provokasiya xarakterli çıxışlar edən Ermənistanın Rusiyadakı səfiri Vardan Surenoviç olub:

“Rusiyanın Potiqorsk  şəhərində  gənclərin forumu keçirilib. Forumda 3 minə yaxın gənc iştirak edib. Həmin gənclər arasında, həm azərbaycanlılar, həm ruslar, həm də ermənilər olub. Tədbirə Ermənistanın Rusiyadakı  səfiri də dəvət edilmişdi. Sadəcə təşkilatçılar erməni səfirə öncədən özünü necə aparması barədə heç bir söz deməmişdilər. Səfir də danışmağa başlayan  zaman provokasiyaya yol verdi. “Qarabağ Ermənistanındır. Azərbaycanlılar orada heç vaxt yaşamayıblar. Azərbaycanlılar heç zaman Qarabağda yaşamayacaq”. Erməni səfirin dediklərindən sonra  vəziyyət qızışdı”.

 

Ermənilərin hücumuna məruz qalan həmyerlimizin sözlərinə görə, onun köynəyinin ön hissəsində  Azərbaycan gerbi, arxa hissəsində isə Azərbaycan sözü əks olunub:

“Səfir danışdıqca, onun yalanlarına cavab vermək istəyirdim, ancaq onun adamları imkan vermirdilər. Səfir Vardan Surenoviç  isə daha da irəli gedərək çıxışını davam etdirirdi. Qarabağın heç zaman Azərbaycana məxsus olmadığını deyirdi. Bir sözlə, 3 minə yaxın insana saxta məlumatlar verirdi. Bu zaman dözməyib  mikrafonsuz Qarabağ haqqında danışdım. Ermənilərin yalançı olduqlarını dedim. Bunu eşidən erməni diplomat qadınları üzərimə gəlib köynəyimi cırdılar. Bu gün Azərbaycana gəlməliyəm. Hələ də həyatım üçün təhlükə var”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu