Arxiv
14 Avqust 2019, 18:40 | AKTUAL
“Azercell”in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi davam edir

“Rəqəmsal Dünyanı Yarat” şüarı altında fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir. 

 

Bu dəfə müştəriləri üçün telekom sahəsinin ən son tendensiyalarını daha əlçatan etməyi hədəfləyərək, Azercell “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi ilə Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəkiyə səfər edib və 40 minə yaxın insanı bir araya gətirməyə müvəffəq olub. Dinamik və dəyişkən texnologiyaları tətbiq edib trendə çevirən şirkət, rəqəmsal savadlılıq səviyyəsinin artırılması və Azercell-in yeni innovativ xidmətlərinin
tanıdılması məqsədilə Azərbaycanın 30-a yaxın şəhər və rayonunda bu layihənin keçirilməsini planlaşdırır.

Ölkədə mobil rabitə istifadəçilərinin əksəriyyəti tərəfindən seçilən Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. Bu tədbirlər silsiləsində bölgələrdə müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlarla yanaşı, interaktiv oyunlar da təşkil edilir, iştirakçılara hədiyyələr paylanılır. Qeyd edək ki, “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində keçirilən bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayəndələri də qatılıb. 

 

Tədbirlərdə Azercell-in himayəsi altında olan “İmzanı tanıt” layihəsi xüsusi guşə ilə təmsil olunur. Bölgələrimizin istedadlı şəxsləri öz əl işlərini burada nümayiş etdirirlər. 

Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən başlayan və hər kəsin rəğbətini qazanan bu sosial çağırış, qısa müddət ərzində istedadına və bacarığına güvənən hər kəsi sosial şəbəkələrdə #imzanitanit “hashtag”ı altında toplamağa müvəffəq olub.

Eyni zamanda, Şəkidə təşkil olunan səfərlərə fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 13 avqust tarixində Azercell şirkətinin rəsmi heyəti mobil klinikalarla birlikdə Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. 60-a yaxın uşaq müayinə olunub və internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib.

 

Qeyd edək ki, “Azercell Telekom” MMC ölkəni yeni bağlantı erasına hazır etmək məqsədilə şəbəkənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. 4.5 milyon istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Son yarım ildə şirkət əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

 

Vurğulamaq istərdik ki, Azercell-in yeni “Rəqəmsal Dünya bölgələrdə” layihəsi artıq Naxçıvan, Ordubad, Şərur, Quba , Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay və Şəki kimi bölgələrdə baş tutub. Rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan edən Azercell-in yeni layihəsini avqust ayında öz bölgənizdə gözləyin!

Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi İnstagram və Facebook səhifələrini izləməyi unutmayın!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04