Modern.az

Sumqayıtda maşınla vurulan piyada hadisə yerində ölüb

Sumqayıtda maşınla vurulan piyada hadisə yerində ölüb

14 Avqust 2019, 18:54

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 13-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini E.Aslanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Sübhanovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir