Modern.az

Maduro eks-prezidenti ona sui-qəsd hazırlamaqda ittiham etdi

Maduro eks-prezidenti ona sui-qəsd hazırlamaqda ittiham etdi

15 Avqust 2019, 09:22

Venesuela prezidenti Nikolas Maduro Komubiyanın eks-prezidenti Alvaro Uribeni ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunun üçün 32 nəfərlik qrupun hazırlandığını açıqlayıb.

“Kolumbiyanın ABŞ-dakı səfiri Fransisko Santosun və Kolumbiya prezidenti Alvaro Uribenin iştirakı ilə mənə qarşı sui-qəsd planının hazırlandığını eşitdim. Onlar məni aradan götürmək üçün 32 nəfərlik xüsusi qrup yaratmışdılar”- deyə Maduro bildirib.

 

2018-ci ilin avqustunda 2 pilotsuz təyyarənin köməyi ilə Nikolas Maduroya uğursuz sui-qəsd cəhdi olmuşdu.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər