Modern.az

Rusiyada hamı bu pilotdan danışır – FOTO

Rusiyada hamı bu pilotdan danışır – FOTO

Dünya

15 Avqust 2019, 18:52

Bu gün səhər saatlarında Rusiyada “Ural Airlines” şirkətinə məxsus təyyarə Moskva yaxınlığında qarğıdaklı sahəsinə qəza enişi edib. Son məlumata görə, təyyarənin sərt enişi nəticəsində zərər çəkənlərin sayı 74 nəfərə çatıb

Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan “Aerobus A321” təyyarəsinin qəza enişinə səbəb avialayner havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılmasıdır. Quşların mühərrikləri düşməsi onların işində nasazlıq yaradıb. 

Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb.  Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.

Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Rusiyanın Səhiyyə Nazirliyi yaralılardan heç birinin həyatına təhlükə olmadığını deyir. 

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, indi Rusiyada hamı “Aerobus A321”in pilotundan danışır. Söhbət təyyarəni yerə endirə bilən ekipaj komandiri Dəmir Yusifovdan gedir. Məhz onun bacarığı sayəsində təyyarədəkilər sağ qala biliblər. 42 yaşlı pilot Dəmir Yusifov Rusiyanın qəhrəmanına çevrilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda laynerin pilotları dövlət mükafatlarına təqdim olunacaq. Kremldə onları qəhrəman hesab edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi