Arxiv
16 Avqust 2021, 09:35 | ƏDƏBİYYAT
Ürəyi sağda olan ADAM

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar çox yaşamırlar və həyatdan erkən yaşda köçürlər. Amma istisnalar da var. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlarla müqayisədə uzun ömür sürə bilir.
Yəqin ki, kimdən “ürəyin harda yerləşir” deyə soruşsaq, fikirləşmədən dərhal əlini sol döşünün üstünə aparacaq. Hətta bağça yaşlı uşaq belə, bu suala düşünmədən qeyri-ixtiyari əlini sol döşünə aparmaqla cavab verə bilər. 

Bəs ürəyi sağda olanlar barədə heç eşitmisiniz, bu haqda nə bilirsiniz?..

Ürək döş qəfəsinin solunda yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzvdür.  Ürəyin döşün sağ tərəfində yerləşməsi tibbdə dekstrokardiya adlanır. Bu anomaliya ürəyin tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşməsidir. 
Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. 
Mütəxəssislər deyirlər ki, adətən dekstrokardiya həmin şəxs üçün heç bir mənfi patologiya törətmir. Amma əksini iddia edən həkimlər də var.

İndiyədək baş verən bəzi hadisələr sonucunda məlum olub ki, heç ömrünün sonuna qədər ürəyinin yerini bilməyən insanlar varmış. Ömrü boyu heç vaxt ürəyindən şikayətlənməyən kimlərsə həyatının hansısa anında, ya da sonlarında tibbi müayinə zamanı bu qeyri-adi anomaliya ilə yaşadığını öyrənir... Məsələn, Türkiyənin əyalətlərinin birində yaşayan yaşlı kişi yalnız 64 yaşında ürəyinin sağda yerləşdiyini bilib.

Həkimlər deyirlər ki, ürəyin sağda yerləşməsi irsi xüsusiyyət daşımır.  Bununla yanaşı, dünyanın bir sıra ölkələrində dekstrokardiyalı şəxslər səhiyyə orqanlarında qeydiyyata alınır və onlar həkim nəzarətində saxlanılırlar.

Mütəxəsislərə görə, bu hal on mində bir, hətta yüz mində bir insanda ola bilər.

Azərbaycanda da belə adamlar olub, indi də var... 

Belə azərbaycanləlardan ən məşhuru mərhum xalq şairi Bəxtiyar Vahabzadə olub. Ailəsinin, elə Bəxtiyar Vahabzadənin özünün də sağlığında mətbuata verdiyi açıqlamalarda onun heç vaxt ürəyindən şikayətlənmədiyi bildirilib.

Ürəyi sağda olan adamları tasadüfən xatırlatmadıq. Axı bu gün, 16 avqust tarixi xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Ürəyi sağda olmuş şair düz 83 il yaşayıb, yaratdı. 1925-ci idlə doğulan Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə ürək tutmasından vəfat edib. Hadisə gözlənilmədən baş verib. Belə ki, şair dünyasını dəyişməzdən az əvvəl Türkiyədən gələn qonaqları ilə söhbətləşib, daha sonra isə onları yola salıb. Aradan bir neçə dəqiqə keçəndən sonra isə ürəktutmasından dünyasını dəyişib. O zaman səhhətində müəyyən dəyişikliklər olsa da, Bəxtiyar Vahabzadə ölüm yatağında deyilmiş.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar dillərinə tərcümə edilib.

B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

Bəxtiyar Vahabzadənin məzarı Bakıdakı Fəxri Xiyabandadır. Allah rəhmət eləsin...


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40 Son sutkada peyvənd OLUNANLAR 25 Oktyabr 2021, 16:35 Yoluxma AZALDI - 21 nəfər öldü 25 Oktyabr 2021, 16:30 İran Prezidenti Azərbaycan səfirini qəbul etdi 25 Oktyabr 2021, 16:24