Modern.az

General Qazax və Ağstafada sərhəd döyüş məntəqələrinin irəli çəkildiyini TƏSDİQLƏDİ

General Qazax və Ağstafada sərhəd döyüş məntəqələrinin irəli çəkildiyini TƏSDİQLƏDİ

16 Avqust 2019, 16:21

Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bunu DSX-nin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov avqustun 16-da təşkil olunan mətbuat konfransında deyib.

E.İbrahimov bildirib ki, bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.


E.İbrahimov mətbuat konfransında son günlər Azərbaycan-Ermənistan sərhədinin Qazax və Ağstafa ərazisində döyüş mövqelərinin irəli çəkilməsi barədə xəbərə də aydınlıq gətirib.


Onu sözlərinə görə, Azərbaycan sərhədçiləri təmas xəttində bir-neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib.

"Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri də aparılıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərində hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub". 


Bunun böyük başlanğıc olduğunu deyən Aparat rəhbəri prosesin davam edəcəyini bildirib.

"Bu, Azərbaycan Ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərardır. Ötən 9 ay ərzində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib". 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu