Modern.az

Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı...

Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı...

18 Avqust 2019, 12:57

Şəmkirin Sarıtəpə kəndindəki yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub. Modern.az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində törədilib. Belə ki, sərxoş ər Elmar Sadıqov ötən gecə saat 01.00 radələrində qayınanası yaşayan evi yandırıb.

O, həyat yoldaşından bir neçə ay öncə ayrılıbmış. Hadisə zamanı onun 24 yaşlı həyat yoldaşı Məsimova Mətanət İlqar qızı, 2 yaşlı oğlu Nicat və 54 yaşlı qaynanası Məmmədova Səltənət Allahverdi qızı evdə olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

54 yaşlı qaynana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Səhiyyə Nazirliyindən bildirilib ki, ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə Bakıya - 5 saylı xəstəxananın yanıq şöbəsinə gətiriliblər.

Qayınananın bədəninin 50%, 24 yaşlı qızının bədəninin 70% yandığı bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

Hadisəni tərədən şəxs - Şəmkirin Dəllər Cəyir kənd sakini olan 1986-cı il təvəllüdlü Elmar Sadıqovun artıq saxlanıldığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?