Arxiv
20 Avqust 2019, 09:18 | İQTİSADİYYAT
Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR

Ümumdünya Ticarət Təşkilatı (ÜTT)  1995-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb. Qurum çoxtərəfli ticarət sazişlərini  qəbul edərək, ticarət danışıqlarını həyata keçirir. Qeyd edək ki, dünya ticarətinin 98%-dən çoxu məhz təşkilata üzv olan ölkələrin payına düşür. MDB məkanında  xeyli sayda ölkənin də  üzv olduğu quruma isə Azərbaycan hələ ki qoşulmayıb.

 

Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya 22 avqust 2003-cü il yaradılıb, 9 avqust 2017-ci il -ci il tarixli sərəncama əsasən, Komissiyanın yeni tərkibi təsdiq edilsə də, hələ də təşkilata  qoşulmamışıq.

Bəs, ÜTT-ə üzv olmağın Azərbaycan üçün vacib tərəfi nədir, niyə hələ də bu təşkilata üzv olmamışıq?

 

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  üzvü, deputat Vahid Əhmədov Modern.az-a danışıb.

 

Deputat bildirir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması  çox  vacib məsələdir və iqtisadiyyatda canlanma yaradacaq. 

 

“Prezident İlham Əliyevin bu barədə tapşırığı var, xüsusi komissiya yaradılıb. Xarici İşlər Nazirliyinin müavini bu komissiyaya rəhbərlik edir. Milli Məclisin üzvü olaraq biz də komissiya ilə görüşüb məsələni müzakirə etmişik. Azərbaycan ÜTT-ə  daxil olarsa, daxili bazarda canlanma yaranacaq. Təşkilata üzv olacağımız təqdirdə qiymət bazarında da müəyyən dəyişikliklər olması gözlənilir .  Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxi olması həm də Avropaya inteqrasiyaya gedən yoldan keçir. Bu bizim üçün çox əhəmiyyətli məqamdır və düşünürük ki, ölkəmiz bu təşkilata daxil olmalıdır”. 

 

Vahid Əhmədov deyir ki, təşkilata daxil olacağımız təqdirdə daxili iqtisadiyyata təsir edəcək bəzi amillər var, lakin dünyaya inteqrasiya olmaq baxımında ÜTT-ə üzvlük vacibdir:

“Məqamlar dedikdə idxal, gömrük rüsumlarından söhbət gedir. Belə ki,  Azərbaycan təşkilata daxil olarsa, tətbiq etdiyimiz gömrük rüsumları müəyyən qədər aradan götürüləcək. Yəni Avropa Birliyində, dünyada qəbul edilmiş rüsumlar çərçivəsində  biz məhsulları idxal  etməliyik. Belə olan halda daxili bazarda gömrük rüsumları, qiymət siyasəti ilə əlaqədar  problemlər  yarana bilər.  Ümumilikdə, ticarət təşkilatına qoşulmağı tezləşdirmək lazımdır ki, protokollar imzalansın”.

 

İqtisadçı-ekspert Natiq Cəfərli  qeyd edir ki,  Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar artıq 16 ildir ki, davam edir və Azərbaycan tərəfinin qoşulmamaq üçün göstərdiyi səbəblər var”.

 

“Ümumdünya  Ticarət Təşkilatına üzvlük həm də ölkənin daxili vergi, gömrük qanunvericiliyini beynəlxalq standartlara cavab verməsi ilə müşahidə olunmalıdır. Eyni zamanda, ölkə ərazisinə daxil olan xarici şirkətlərin hər hansı bir formada beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi ilə əlaqədar yerli qanunvericiliyə əlavə və dəyişikliklər olunmalıdır. ÜTT-ın bəlli qayda-qanunları var ki, ona üzv olan ölkələr həmin qaydalara əməl etməlidir. Azərbaycan tərəfi rəsmi olaraq aqrar sahədə dotasiyaların olmasını səbəb gətirərək, uzun illərdir ki, təşkilata üzv olmur.  Müəyyən daxili  lobbi qruplar var ki, bütün fəaliyyətini həmin istiqamətə yönəldiblər ki, Azərbaycan təşkilata üzv olmasın. Qazaxıstan, Rusiya Azərbaycandan sonra müraciət etsə də, artıq təşkilata üzv olaraq qəbul ediliblər”.

 

İqtisadçı deyir ki, bəzən Azərbaycan vətəndaşları Gürcüstanda olarkən təəccüblənirlər ki, “eyni məhsul bizə nisbətdə orada niyə daha ucuzdur?”.

“Bunun əsas səbəblərindən biri Ümumdünya Ticarət Təşkilatına üzv olmuş ölkədə beynəlxalq  qaydalara uyğun şirkətlərin fəaliyyət göstərməsi ilə əlaqədardır.  Burada həmin şirkətlər beynəlxalq bazara  birbaşa çıxış əldə edir və bu da öz növbəsində qiymətlərin tənzimlənməsində mühüm rol oynayır. Təşkilata üzv olacağımız təqdirdə 5-10 il arası bizə keçid dövrü üçün güzəşt tanınacaq. Həmin güzəştdən istifadə edərək, biz aqrar sahəyə dotasiya və subsidiyaların verilməsini təmin edə bilərik. Üzv ölkələrin heç biri Azərbaycanın təşkilata qoşulmaq istəyi ilə bağlı ortaya müxalif şərh qoymayıb. Bir tək Ermənistan mane ola bilərdi ki, o da artıq  Rusiyanın üzvlüyündən sonra göstərəcəyi cəhdlərin mənasız olacağını anladı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 16:06  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25 Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ 18 Noyabr 2019, 14:20 Tofiq Yaqublu azadlığa buraxılıb 18 Noyabr 2019, 14:17 Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı  18 Noyabr 2019, 14:05 Deputatdan istilik qalmaqalına ETİRAZ: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir” 18 Noyabr 2019, 13:59 Bayram Hüseynzadə Əli İnsanova açıq məktub YAZDI 18 Noyabr 2019, 13:55 Şahənşah restoranında kütləvi ZƏHƏRLƏNMƏ... 18 Noyabr 2019, 13:50 Deputat seçiciləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 13:44 Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA 18 Noyabr 2019, 13:38 Gürcüstandakı etirazlara azərbaycanlılar da qoşulub - Deputat 18 Noyabr 2019, 13:37 İran hökuməti etirazlarla bağlı XƏBƏRDARLIQ ETDİ 18 Noyabr 2019, 13:32 “Atam Xankəndinə qayıtmaq ümidilə dünyadan köçdü” - 30 ildir Rəşad Məcidin evində yaşayan köçkünün XATİRƏLƏRİ 18 Noyabr 2019, 13:26 Sabahın HAVASI: Bakıya yağış, rayonlara qar yağacaq 18 Noyabr 2019, 13:19 İstilik tarifləri də qaldırılacaq? 18 Noyabr 2019, 13:12 100-dən çox  doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ 18 Noyabr 2019, 13:06 Gürcüstan müxalifətinin əsas tələbi RƏDD EDİLDİ 18 Noyabr 2019, 13:00 Prezident iki yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR 18 Noyabr 2019, 12:56