Arxiv
21 Avqust 2019, 08:48 | AKTUAL
Xəzərin sahilindəki nəzarətsiz çimərliklər qapadılmasa, ölüm-itim ARTACAQ

Bu ilin ortalarına yaxın, çimərlik mövsümü başlayandan dənizdə boğulanların sayı xeyli artıb. Az qala hər gün mətbuatda və televiziyalarda, hətta sosial şəbəkələrdə boğulma, batma hadisələri barədə xəbər izləyirik. Ölüm hallarının əsasən nəzarətsiz çimərliklərdə qeydə alınması isə çimməyin qadağan olunduğu yerlərlə bağlı qaydaların daha da sərtləşdirilməsini labüd edir. Artıq qonşu İranda bu məqsədlə yeni bir addım atılıb. İranın şimalındakı Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox adam boğulub. Odur ki, təhlükəli ərazilərdə insanları çimməkdən çəkindirmək üçün qara bayraq asılıb.

Dənizdə və su hövzələrində bədbəxt hadisələrin daha çox çimmək qadağan olunan, nəzarətsiz hissələrdə baş verməsi insanların öz həyatlarına qarşı məsuliyyətsizliyini sübut edir. Bu barədə Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də boğulma hallarının artmasının səbəbini məsuliyyətsizlikdə görür. O deyib ki, insanlar sərinləmək və xoş vaxt keçirmək üçün çimərliklərdən istifadə etməlidirlər:

“Bəs, onda niyə küləkli havada , dənizdə dalğanın bir neçə metr olduğu vaxt insanlar çimərliyə gedir və çimmək istəyir? Axı hava onsuz da küləklidir, sərinləməyə ehtiyac yoxdur, ikincisi isə o küləkli havada dənizin sahilində xoş vaxtda keçirmək olmur. Demək, insanlar çimərliyə gedərkən öz istirahətlərini necə keçirməyi planlaşdırdığı kimi, öz təhlükəsizliklərini də düşünməlidirlər. Başa düşməlidirlər ki, ani bir məsuliyyətsizlik bədbəxt hadisəyə gətirib çıxarar”.

Ekspert nəzarətsiz çimərliklər probleminə də toxunub:

“Kim deyə bilər ki, belə yerlərə ancaq kasıb, yaxud aşağı təbəqənin nümayəndələri gedir. Qeyri-çimərliklərdə hətta dəyəri yüz min manatdan yuxarı olan avtomobillə gələnlər var. Bilirsiniz, illərdir dədə-babadan insanlar çimərliyə ora gediblər. Xarici ölkələrə gedib, orada qeyri-çimərlik görmürlər və burda da eyni şeyi edirlər. Hesab edirəm ki nəzarətsiz çimərlik  - qeyri-çimərliklər ləğv edilməlidir. Əgər insanlar  açıq girişi olan çimərliyə gedirlərsə, ya oranı bağlamaq lazımdır, ya da lazımi təhlükəsizlik tədbirlərini təşkil etməklə istifadəyə imkan yaratmaq olar. İnsanların nəzarətsiz çimərliklərə getməsini önləmək üçün həmin çimərliklərdə DİN-nin müvafiq bölməsinin polis naryadının köməkliyindən də istifadə etmək olar. Ancaq hesab edirəm ki, nəzarətsiz çimərliklərin hamısının nəzarətə götürülməyi lazımdır. Orada təhlükəsizlik tədbirləri görülməli, FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri və əməkdaşları orada xidmət aparmalı və təhlükəsizlik qaydalarını pozanlar barədə inzibati cəza yaxud cərimə sanksiyaları olması təmin edilməlidir ki, boğulma hallarının qarşısı alınsın”.


E.Nurəliyev xüsusilə vurğulayıb, insanlar bir şeyi dərk etməlidir: küləkli havada suya girmək olmaz:

“Hətta bu gün hava küləkli olubsa, sabah eyni çimərlikdə suyun dibinin fiziki olaraq, quruluşu dəyişə, yarğanlar əmələ gələ, su axınları yarana bilər,  suyun dibində daş-kəsək parçaları ola bilər. Bu isə sizin üçün gözlənilməz olar və çox pis nəticələnə bilər. Baxın, yay gələndən FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları olan çimərlikdə bir nəfərin boğulması baş verməyib. Demək, bu məntəqələrin və əməkdaşların sayı artırılsa , nəzarətsiz çimərliklər də nəzarətə götürülsə, boğulma halları da azalar. Ümumiyyətlə, tez-tez şahidi olduğumuz hadisələrdən biri də FHN-in əməkdaşlarına qayda pozan şəxslərin kobud davranışı və hətta xilasediciyə fiziki müqavimət göstərməsi olur. Ancaq başa düşmür ki, o xilasedici sənə iradı sənin həyatın üçün təhlükə olmasın deyə söyləyir. Təəssüflər olsun, bu cür hallar var və qarşısı ancaq inzibati cəza yaxud cərimə ilə alına bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü - FOTOLAR 29 Yanvar 2020, 00:51 Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO 29 Yanvar 2020, 00:18 Yamayka sahillərində 7,3 bal gücündə zəlzələ oldu 29 Yanvar 2020, 00:01 Qarabağ kanalında batan var - YENİLƏNİB 28 Yanvar 2020, 23:53  “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov 28 Yanvar 2020, 23:45 Koronavirusun yaranma səbəbi: 3 ehtimal 28 Yanvar 2020, 23:27 Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR 28 Yanvar 2020, 23:11 Elmar Məmmədyarov həmsədrlərlə Qarabağ  problemini müzakirə etdi 28 Yanvar 2020, 22:47 İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR 28 Yanvar 2020, 22:32 ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir 28 Yanvar 2020, 22:12 Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR 28 Yanvar 2020, 21:53 Zəlzələ Yunanıstanı da silkələdi 28 Yanvar 2020, 21:34 Bu dəfə yanğınsöndürənlər ayağa qalxdı 28 Yanvar 2020, 21:17 DYP Bakıda dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO 28 Yanvar 2020, 20:59 Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR 28 Yanvar 2020, 20:41 Türkiyədə yenidən zəlzələ oldu: əhali küçələrdə 28 Yanvar 2020, 20:26 Pakistanda güclü partlayış - VİDEO 28 Yanvar 2020, 20:07 Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?