Modern.az

Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA

Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA

Aktual

22 Avqust 2019, 10:42

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra mühüm addımlar atılıb.

“Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi genişmiqyaslı layihələr ilə 15 şəhər və rayonda (Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonları) qazlaşma səviyyəsi 100 faizə çatıb.

“Azəriqaz”dan Modern.az-a bildirilib ki, Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşma səviyyəsi 90 faizi ötüb. Bundan başqa işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırlması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu il üçün 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də, 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 21 məntəqədə açılış baş tutub, 34 yerdə isə işlər tam başa çatdırılıb, istismara hazırdır. Hal-hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96 %-ə yaxınlaşır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı