Modern.az

İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

23 Avqust 2019, 20:16

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini dəstəkləyir. İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib. Biz ölkənizə kömək etməyə daim hazırıq”.

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani bildirib.

Səfir qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir: "İndoneziya neft ehtiyaclarını xeyli dərəcədə ödəyən Azərbaycandan ildə 2 milyon barelədək neft idxal edir. İndoneziya və Azərbaycan xalqları ayrılmazdır. Hər iki xalq arasında isti münasibətlər mövcuddur".



Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı