Modern.az

Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb  

Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb  

25 Avqust 2019, 15:39

Daşkəsən rayonu ərazisində 25 avqust  2019-cu il tarixdə saat  13-00 radələrində təbii fəlakət baş verib.

 

Daşkəsən Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə dolu və leysan yağışla müşayiət olunan güclü külək əsməsi nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik şəbəkəsinin dirəklərinə və elektrikverici xətlərə, o cümlədən fərdi  təsərrüfatlara ziyan Vurub.

 

Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. 

 

Daşkəsən Rayon İcra Hakimiyyətində komissiya tərəfindən müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.

 

Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün bərpa işləri aparılır.

 

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu