Arxiv
4 Sentyabr 2019, 12:19 | İQTİSADİYYAT
Neft qiymətlərində TƏLATÜM - Azərbaycanı hansı risklər gözləyir?

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb. İlin əvvəlində dünya birjalarında yüksək qiymətlərlə satışa çıxarılan neft ucuzlaşmağa başlayıb. Dünən neft qiymətlərindən ucuzlaşma müşahidə olunsa da, bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar bahalaşaraq 58,59 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar artaraq 54,30 dollar təşkil edib. Görünən budur ki, qiymətlərdəki təlatümlər ilin sonunadək öz aktuallığını qoruyacaq.

 

Bu təlatümlər iqtisadiyyatı əsasən neftdən asılı olan Azərbaycan üçün nələr vəd edir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, neftin qiymətinə olan təzyiqlər Amerika Birləşmiş Ştatları tərəfindən edilir:

“Razılaşma olmasına baxmayaraq, OPEK təşkilatı və müəyyən dövlətlər neft hasilatını artırıblar. Bunlar da neftin qiymətinə öz təsirini göstərir. Çünki təklif çoxalmağa başlayır. Neftin qiymətinin yüksək olması bizim üçün çox əhəmiyyətlidir. Çünki biz dövlət büdcəsində neftin qiymətini 60 dollardan götürmüşük. İlin əvvəlindən neft qiymətlərinin 70 dollar civarında olduğunu nəzərə alsaq, bu baxımdan Dövlət Neft Fondunda daxilolmalar kifayət qədərdir”.

 

Deputat ABŞ-da neft ehtiyatlarının artmasını qiymətlərə təsir edən amillər sırasında sadalayıb:

“Amerikada kifayət neft ehtiyatları toplanıb. Onların bazarda realizə edilməsi üçün qiymətlərin aşağı olması ABŞ üçün sərfəlidir. Ona görə də müxtəlif vasitələrlə neft qiymətlərinin aşağı salınması üçün ixracatçı dövlətlərə təzyiq göstərir. Neft ixrac edən digər dövlətlər də Avropa və ABŞ-la müəyyən danışıqlar çərçivəsində məsələnin müsbət yöndə həllinə çalışırlar”.

 

V.Əhmədov 2019-cu ilin sonu üçün də neft qiymətlərinin 60 dollar civarında olacağını proqnozlaşdırır:

“İlin əvvəlindən neftin qiymətinin yüksək olmasını nəzərə alaraq, 2019-cu il üçün orta neft qiymətləri 60 dollar səviyyəsində olacaq. Bu baxımdan dövlət büdcəsində götürülən rəqəmlər tam düzgündür. Amma gələn ilə əlbəttə ki, baxılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48