Arxiv
7 Sentyabr 2019, 13:13 | İQTİSADİYYAT
Əli Əhmədov: “Uşaqpulu bərpa edilə bilər, amma...”

Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda uşaqlara verilən müavinətlərin bərpası ilə bağlı müzakirələrə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmağn vacibliyini deyib.

Ə.Əhmədov bildirib ki, hökumət də bu məsələyə ciddi şəkildə yanaşır: "Dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi çəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq düzgün olar".

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var: "Düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək".

 

"Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilər. Hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərmiş olsun. Əks halda biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq onların iqtisadiyyatı inkişaf etdirməsi üçün, istehsal üçün, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki, çox olmayacaqdır. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların işləməsi üçün əsaslar yaratmaqla bu yolla gediblər"- deyə Baş nazirin müavini fikirlərinə əlavə edib .

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13