Arxiv
9 Sentyabr 2019, 11:52 | QARABAĞ
Qarabağ icması bəyanat verdi: “Xunta “rəhbərləri”nə bildiririk ki...”

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər”lə əlaqədar bəyanat verib.

Modern.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan   Respublikasının  işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu   il   tarixində   “yerli   özünüidarəetmə   orqanlarına   seçkilər”   adı   altında növbəti “seçki şousu” təşkil edilmişdir. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri“nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən   işğal   edildiyi   və   etnik   təmziləmənin   həyata   keçirildiyi   bir   şəraitdə   bu “seçkilər”   nəticəsi   beynəlxalq   ictimaiyyət   tərəfindən   tanınmayan   və   təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə“seçkilər”   keçirməklə   beynəlxalq   ictimaiyyəti   deyil,   yalnız   özü-özlərini   aldatmaqla məşğul olur.   

Saxta   “seçkilər”   həmçinin   Ermənistan   hakimiyyəti   və   qondarma   rejim   arasında ixtilafların   mövcudluğunu   bir  daha   açıq   şəkildə   büruzə   verdi.   Bundan   isə   əziyyət çəkən   Azərbaycanın   Dağlıq   Qarabağ   bölgəsinin   azərbaycanlı   icması   ilə   bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan   Respublikasının   beynəlxalq   səviyyədə   tanınmış   sərhədləri   bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 İntizam Komissiyasının katibi deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29