Modern.az

61 məktəbə yeni direktor təyin olundu

61 məktəbə yeni direktor təyin olundu

Təhsil

10 Sentyabr 2019, 14:35

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin və Apelyasiya Komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, nəticələrə görə, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

 

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi