Arxiv
11 Sentyabr 2019, 15:56 | AKTUAL
ADU və Ural Federal Universiteti əməkdaşlığa başlayır

Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

 

İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.

 

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov  əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.

 

Sonra Ural Federal Universitetinin əməkdaşları Azərbaycan Dillər Universitetində olublar. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla birgə əməkdaşlığın əlamətdar hadisə olduğunu vurğulayıb. Tərəflər arasında bağlanan müqavilənin həm müəllimlərin, həm də tələbələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

 

Kamal Abdulla Ural Federal Universitetinin müasir ali təhsil ocağı olduğunu, beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik olduğunu bildirərək, sözlərinə əlavə edib ki, qarşılıqlı elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi həm Azərbaycan Dillər Universiteti üçün, həm də Azərbaycan təhsili üçün geniş imkanların yaranması deməkdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?