Arxiv
12 Sentyabr 2019, 16:45 | AKTUAL
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür etdi

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Modern.az xəbər verir ki, təşəkkür məktubunda deyilir:


"Möhtərəm cənab Prezident!


Qafqaz bölgəsi dindarlarının arzu və iradəsini ifadə edərək Sizə – Azərbaycan xalqının ləyaqətli oğluna, dövlət rəhbərimizə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram.


70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətimin 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən dövlətin ən yüksək ali təltifatına – “Heydər Əliyev” ordeninə layiq görülməyim şəxsimə və Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, İslam aləmində və dini mərkəzlər tarixində nadir rast gəlinən müstəsna hadisədir. Müstəqil dövlətimizin ali dövlət mükafatını din xadiminə təqdim etməklə Siz, Zati-aliləri, dünya tarixinin ictimai-mənəvi dəyərlər müstəvisində yeni bir səhifə açdınız. Sizin alicənablığınız sayəsində Şeyxülislamın fəaliyyətinə verilən qiymət, eyni zamanda, Azərbaycan dövlətində milli-dini dəyərlərə olan özəl münasibətin, Zati-alilərinizin ölkəmizin hüdudlarından keçib Qafqaz regionuna, İslam dünyasına və beynəlxalq ictimaiyyətə qədər irəliləyən şöhrətinin sübutu və təqdiridir.


Zati-aliləri! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din–dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Zati-alilərinizin XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyaları, müəllifi olduğunuz Bakı prosesi, elan etdiyiniz Multikulturalizm, İslam Həmrəyliyi illəri sayəsində Azərbaycanın adı tarixin səhifələrinə nümunəvi tolerantlıq və bəşəri həmrəylik məkanı kimi yazılır. Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi haqqında Zati-alilərinizin tarixi qərarı beynəlxalq ictimaiyyət, nüfuzlu dini liderlər tərəfindən yüksək dəyərləndirilir. Zati-alilərinizin xeyir-duası ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi Sizin ideyalarınızın təntənəsi olub, Azərbaycanın dünya miqyasında bu istiqamətdə fəaliyyətlərin mərkəzi statusunu bir daha təsdiq etdi.


Zat-aliləri! Məni Azərbaycan dövlətinin ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz mənim üçün olduqca böyük fəxarət, qürur mənbəyidir. Ulu Öndərin adını daşıyan ali dövlət mükafatı bütün təltifatlarımın ən uça zirvəsi oldu. Adı və xatirəsi mənim üçün əziz olan qardaşımın adını əbədiləşdirən bu ordenin mənim üçün nə qədər böyük mənalar kəsb etdiyini sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı, Azərbaycan dindarları, Şeyxülislam olaraq şəxsən mən Zati-alilərinizin əməllərində Ulu Öndər Heydər Əliyevin uca mənəviyyat yolunun davamını görməkdən şərəf duyuruq.


Möhtərəm cənab Prezident! Doğum günümdə mənə ünvanladığınız səmimi təbrik məktubunda fəaliyyətimə verdiyiniz dəyərlə fəxr duyur, şəxsimə göstərdiyiniz diqqətə, tutduğum məqama nümayiş etdirdiyiniz ehtirama görə bir daha Sizə dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının rifahı, dövlətimizin qüdrətinin artması, ərazi bütövlüyümüzün bərpası naminə misilsiz fəaliyyətinizə Allah-Təaladan uğurlar diləyir, Sizə və gözəl ailənizə ən xoş arzularımı yetirirəm.


Zati-aliləri! Biz, din xadimləri, bütün Azərbaycan xalqı inanırıq ki, Ulu Yaradanın köməyi, Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaqdır və biz Sizin kimi müdrik dövlət rəhbərimizin varlığı ilə hər zamankı kimi iftixar duyacağıq. Uca Allah daima yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusa yoluxanların sayı 359 çatdı - RƏSMİ 1 Aprel 2020, 14:15 Kapital Bank elektron ticarətlə məşğul olanlara güzəştlər təqdim edir 1 Aprel 2020, 14:12 NATO Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır 1 Aprel 2020, 14:09 Teledərslərin sabahkı cədvəli açıqlanıb   1 Aprel 2020, 14:05 Umayra Tağıyeva yüksək vəzifəyə təyin olundu 1 Aprel 2020, 14:00 Milli Məclisin Aqrar siyasət komitəsinin onlayn iclası keçirilib 1 Aprel 2020, 13:54 Avroviziyanın əvəzinə onlayn konsert veriləcək 1 Aprel 2020, 13:48 Aprel ayında hava necə olacaq? - AYLIQ PROQNOZ 1 Aprel 2020, 13:42 Azərbaycanda ƏDV ləğv edilir 1 Aprel 2020, 13:37 Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması YALANDIR! 1 Aprel 2020, 13:34 Çeçenistanda koronavirusdan ilk ölən var 1 Aprel 2020, 13:30 Azərbaycanda işığa qoyulan limit artırılır - RƏSMİ 1 Aprel 2020, 13:25 Mərkəzi Bankdan manat açıqlaması: “1 aprel zarafatlarına inanmayın” 1 Aprel 2020, 13:20 Paşinyan “Qarabağ klanı”nın sonuncu nümayəndəsini NEYTRALLAŞDIRDI 1 Aprel 2020, 13:18 Hacıqabulda karantin qaydalarını pozan 15 nəfər cəzalandırıldı - FOTO 1 Aprel 2020, 13:14 Dövlət dili normalarını pozanlar cərimələnəcək 1 Aprel 2020, 13:08 Əlcəklərin üstündə virus daha yaxşı yaşayır 1 Aprel 2020, 13:04 İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi 1 Aprel 2020, 12:58 İqtisadiyyat Nazirliyi əhaliyə və sahibkarlığa dəstəyin İSTİQAMƏTLƏRİNİ AÇIQLADI 1 Aprel 2020, 12:57 Pandemiya qadınların yükünü artırıb – BMT 1 Aprel 2020, 12:54 Koronavirusa yoluxanların və ölənlərin sayı daha da ARTDI 1 Aprel 2020, 12:53 Karantin günlərində nə etməli? - Kosmonavtlardan məsləhətlər 1 Aprel 2020, 12:52 "Koronavirus ailədaxili münasibətlər üçün bir tesdir" - Hüquq-müdafiəçisi 1 Aprel 2020, 12:49 Ordumuz üçün toplanan vəsaitin məbləği AÇIQLANDI 1 Aprel 2020, 12:45 Alimlər: İsti ölkələrdə koronavirusun yayılma sürəti azalır 1 Aprel 2020, 12:44 Zakir Qaralovun səlahiyyət müddəti bitir 1 Aprel 2020, 12:43 Sabah Bakıda intensiv yağış yağacaq 1 Aprel 2020, 12:40 Parlamentin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib 1 Aprel 2020, 12:35 Yerevan koronavirusla mübarizədə Bakıdan NÜMUNƏ GÖTÜRDÜ 1 Aprel 2020, 12:30 Rusiyada daha 440 koronaviruslu xəstə tapıldı 1 Aprel 2020, 12:24 Xüsusi karantin rejimi dövründə yol qəzalarında 7 nəfər ölüb 1 Aprel 2020, 12:20 Mehriban Əliyeva: “Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!” 1 Aprel 2020, 12:15 Əli Əhmədov: “Dağlıq Qarabağın seperatçı rejimi növbəti dəfə siyasi iflasa uğradı” 1 Aprel 2020, 12:10 Bağlı sərhədlər, işçi çatışmazlığı, becərilməyən torpaqlar – Dünyanı qlobal aclıq GÖZLƏYİR 1 Aprel 2020, 12:05 Yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir 1 Aprel 2020, 12:00