Modern.az

Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı

Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı

15 Sentyabr 2019, 15:47

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. 

 

Modern.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutub.

 

Rəsul Çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olan Koreya təmsilçisinə uduzub.

 

İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb.

 

Orxan Nuriyev də startda yerli idmançıya yenilib.

 

67 kq

 

Təsnifat – Rəsul Çunayev – Mate Kraşnay (HUN) 8:0
1/16 final – Rəsul Çunayev – Hansu Ryu (KOR) 1:2

 

87 kq

 

1/16 final – İslam Abbasov – Qurami Xetsuriani (GEO) 4:0
1/8 final – İslam Abbasov – Ramin Soltanmurad Taherisartanq (İRİ) 0:6

 

97 kq


1/16 final – Orxan Nuriyev – Yerulan İskakov (KAZ) 1:2

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi