Modern.az

Polis rəisinin avtomobili partladıldı

Polis rəisinin avtomobili partladıldı

18 Sentyabr 2019, 20:30

Əfqanıstanda növbəti dəfə ağır terror aktı törədilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hilmənd əyalətinin Vəşir qəzasında yerli polis rəisinin avtomobilinə yerləşdirilən bombanın işə salınması nəticəsində 2 polis ölüb. Polis rəisi də daxil olmaqla iki nəfər yaralanıb.


Bununla yanaşı, yerli KİV xəbər verir ki, ölkənin şərqindəki Nangərhər əyalətinin mərkəzi Cəlalabad şəhərində elektron şəxsiyyət vəsiqələrinin verildiyi idarənin girişi qarşısında kamikadze-terrorçu partlayış törədib, daha sonra idarə 4 naməlum şəxs tərəfindən atəşə tutulub. Hərbçilərlə terrorçular arasında atışma nəticəsində azı 10 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi, idarədən isə 12 əməkdaşın təxliyyə olunduğu bildirilir.

Hər iki hücumun məsuliyyətini hələlik heç bir terrorçu təşkilat üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...