Modern.az

Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir”

Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir”

19 Sentyabr 2019, 12:55

Azərbaycan üçün vacib layihələrdən biri olan “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir.

Modern.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov söyləyib.

Nazir qeyd edib ki, layihə 2016-cı ildə ölkə başçısı tərəfindən təsdiq edildi:

"Hazırda layihənin İran tərəfindən 95 faizi hazırlanıb. “Qız Qalası”nda icra səviyyəsi isə 50 faizdir. İran tərəfi ilə bu istiqamətdə birgə işlər davam etdirilir".

Xatırladaq mki, “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası işğal olunmuş Cəbrayıl rayonu ətrazisində İranla sərhəddə Araz çayı üzərində inşa olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?