Modern.az

“Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO

“Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO

Aktual

19 Sentyabr 2019, 20:13

Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib.

Modern.az xəbər verir ki, Fuad Qəhrəmanlının qızı  yaydığı açıqlamasında bildirib ki, Facebook profili oğurlanmayıb və məlum statusu özü yazıb:

“Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.

Selcan Yağmur bu barədə öz Facebook səhifəsində video da paylaşıb.

Selcan Yağmur videomüraciətində atasından imtina etdiyini təsdiqləyib: “Facebook-da yazdıqlarımdan sonra belə bir iddia olunub ki, guya mənim profilim oğurlanıb. Bununla bağlı bir çox jurnalistlər mənə yazaraq açıqlama verməyimi istədilər. Mən deyilə biləcək hər şeyi o yazıda demişəm. Məsələ ilə bağlı başqa bir şey demək istəmirəm. Bu çox ağır mövzudur. Mən o yazını 40 dəfə yazıb-silmişəm. Mən günahkar deyiləm, səhv bir şey eləməmişəm. Mən bir də bu mövzu barədə danışa bilməyəcəm. Bir daha demək istəyirəm ki, profilim oğurlanmayıb. Mən Hollandiyadayam və mənə hakimiyyətdən təzyiq olmayıb. Yazıların hamısını özüm yazmışam. Hər kəsə belə çətin bir mövzuda dəstəyə görə təşəkkürümü bildirirəm”.


Qeyd edək ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd İsrafil qızı Qəhrəmanlı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir