Modern.az

Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir

Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir

20 Sentyabr 2019, 20:33

Gürcüstanda Prezident sarayının və parlament binasının qarşısında aksiyalar keçirilir.

Modern.az  APA-ya istinadən verir ki, "Vahid Milli Hərəkat" partiyasının üzvləri Prezident sarayının qarşısında keçirdiyi mitinqdə Prezident Salome Zurabişvilinin qətl törədən üç nəfəri və beynəlxalq axtarışda olan bir nəfəri əfv etməsinə etiraz edirlər. Prezidentin qərarının utancverici olduğunu deyən etirazçılar sərəncamın hansı məqsədlə verilməsinin izah edilməsini tələb edirlər.

Parlament binası keçirilən "Ayıbdır" aksiyasında isə keçmiş Daxili İşlər naziri Giorgi Qaxarianın Baş Nazir seçilməsinə etiraz edilir. Nümayişçilər bildiriblər ki, 20 iyun hadisələrində günahkar olan G.Qaxarianın Baş Nazir postuna gətirilməsi ölkə üçün utancdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı