Arxiv
23 Sentyabr 2019, 17:33 | AKTUAL
ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 50-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla təhsil ocağında əlamətdar günün yaşandığını qeyd edib, Ülvi Bünyadzadənin xatirələrdə, qəlblərdə yaşadağını diqqətə çatdırıb: “Bizim əziz tələbəmiz, ömrünü vətən yolunda fəda etmiş Ülvi Bünyadzadənin 50 yaşının tamam olacağı ildir. Amma Ülvi bu yaşına qədər yaşamadı və xatirələrə, insanların yaddaşına köçdü, onu tanıyanların və şəxsən tanımayanların yaddaşında yaşamağı başladı. Mən ona auditoriyada dərs demişəm, ünsiyyətimiz olub. Həqiqətən də insanlarda qəribə xüsusiyyət var. Onlar öz adlarını doğruldurlar. Ülvi həqiqətən də ülvi hisslərlə yaşayan, ülviliklə, təmizliklə dolu olan insan idi. Onun həmin qanlı yanvar günlərində şəhid olması, bəlkə də təsadüfi deyildi. Çünki Ülvi o ağır məngənədə sıxılıb yaşaya bilməzdi. O, çılğın, üsyankar, alovlu nitqlər söyləyən insan deyildi, sakit, başıaşağı, son dərəcə tərbiyəli, qəlbləri ovsunlayan oğlan idi. Gözəl şeirlər yazırdı. Biz onun şeirlərini, bədii yaradıcılığını öz universitetimizdə əbədiləşdirmək üçün bir sıra addımlar atmaq fikrindəyik, şeirlərini universitetdə tədris olunan bütün dillərə tərcümə etməyi düşünürük. Biz sevinirik ki, Ülvi Bünyadzadə bu gün yalnız bizim yaddaşımızda yaşamır, bötüvlükdə xalqımızın yaddaşında yaşayır. Mən inanıram ki, onun ruhu bu gün şaddır. Çünki Ülvinin arzuladığı Azərbaycan bu gün var. Ülvinin yolunda canını fəda etdiyi vətən bu gün var. Ülvinin getdiyi yolla addımlayan, gedə bilən yüzlərlə, minlərlə, on minlərlə gənclərimiz bu gün var. Bu gün Azərbaycanı öz layiqli, xoşbəxt gələcəyə aparan Prezidentimiz var. Bu gün Azərbaycanın öz yolu var”.

Şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə qardaşı haqqında xatirələrini bölüşüb və deyib ki, insanlar Ülvinin addımları, düşüncələri ilə qürur duyurlar: “Fəlsəfədə belə bir şey var ki, səni xatırlayan varsa, deməli, sağsan. Bunu hər dəfə oxuyanda ilk olaraq yadıma düşən Ülvi və onu xatırlayanlar olur. Bu il Ülvinin 50 yaşı olub. Qəribədir ki, onun doğum günü əvvəl ailə hadisəsi idisə, son 30 ildə daha böyük miqyasda qeyd olunur. Ülvinin muzeyi auditoriyaya köçürüləndən sonra belə hiss etdim ki, Ülvi muzey eksponatı deyil, Ülvi buranın tələbəsidir. Ülvi öyrənməyin hər zaman tərəfdarı idi. Əminəm ki, bu auditoriyada elə şeylər öyrədilir ki, Ülvi hələ də öyrənir. Bundan əlavə, Ülvi həm də öyrədir. Ülvi nümunəvi tələbə kimi kənarda durub. Şəhidlik həm qanla, həm də qələminlə olur. Əgər sən öz ömrünü xalqa həsr edirsənsə, deməli sən də şəhidsən. Ülvi şeirlərində dediklərini həm də qanı ilə sübut etdi. Mən həmişə bu universitetin tələbələrinə həsəd aparıram ki, onlar Ülvinin gəzdiyi dəhlizlərdə gəzirlər, ona dərs deyən müəllimlərdən dərs alırlar. Bizim ailəmiz bu universitetdə hər zaman xoş, isti münasibət görüb. Ülvinin nəfəsini bu universitetdə yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm”. 

“525-ci qəzet”in redaktor müavini, tərcüməçi-publisist Seyfəddin Hüseynli, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva Ülvi Bünyadzadənin bədii irsi, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00