Modern.az

Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR

Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR

24 Sentyabr 2019, 11:38

“Bəzi KİV-lər tərəfindən yayımlanan arxasına məişət əşyaları yüklənən tibbi yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil”.

 

Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumatda qeyd olunub ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var:

“Yayılan şəkildəki avtomobilin üzərində isə bort nömrəsi yoxdur. Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər isə göy rəngdədir”.

Yük daşınan Təcili Tibbi Yardım maşını 

Qeyd edilib ki, avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər