Modern.az

Əli Əhmədovdan Milli Şuraya tövsiyə: \"Mitinq üçün ən yaxşı yer stadiondur\"

Əli Əhmədovdan Milli Şuraya tövsiyə: \

1 Oktyabr 2019, 13:49

"Milli Şuraya mitinq keçirmək üçün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb".

Modern.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, o şey ki, icazəsizdir, onu etmək olmaz.

"Onlara Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb. Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq üçün ən yaxşı yer stadiondur. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik”, - deyə Ə.Əhmədov bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir