Modern.az

İlham Əliyev Putinlə Soçidə görüşdü

İlham Əliyev Putinlə Soçidə görüşdü

3 Oktyabr 2019, 15:21

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev görüşüblər. Modern.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

 

Soçidə keçirilən görüş “Valday” beynəlxalq disskusiya klubu çərçivəsində baş tutub. Rusiya lideri çıxışında Azərbaycanla sıx iqtisadi əlaqələr barədə danışıb.

“Görüşümüzün əvvəllərində Sizi görməkdən çox məmnun olduğumu bildirmək istərdim. Çoxdan idi görüşmürdük. Şəxsi görüşlərimizdə, kontaktlarımızda fasilə olsa da, ölkələrimiz arasında münasibətlər inkişaf etməkdə davam edir. İqtisadi-ticarət münasibətlərimiz sıxlaşır, ötən il ticarət dövriyyəmiz 2,5 milyard dollara çatıb".

Çıxışının sonunda Rusiya lideri İlham Əliyevə gəlişi üçün minnətdarlığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?