Modern.az

Azərbaycan və Qazaxıstan energetika nazirləri birgə sənədə qol çəkdi - YENİLƏNİB

Azərbaycan və Qazaxıstan energetika nazirləri birgə sənədə qol çəkdi - YENİLƏNİB

9 Oktyabr 2019, 11:34

Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb.

 

Modern.az xəbər verir ki, sənədi hökumətlərarası komissiyanın həmsədrləri-Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev imzalayıblar. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

 

XXX

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə uğurlu inkişafının qarşılıqlı dəstək və birgə təşəbbüslərlə səciyyələndiyi qeyd olunub. Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

 

İclas hər iki ölkənin energetika nazirlərinin həmsədrliyi və nümayəndə heyətlərinin iştirakı ilə davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir